Sürücü hesablarını blokladığına görə "Uber"i 825 milyon avro cərimə gözləyir
Yeniliklərdən dərhal xəbərdar olun
Niderlandın Məlumatların Mühafizəsi İdarəsi Avropanın məlumatların mühafizəsi qaydalarını pozduğuna görə "Uber"i 825 milyon avro (966 milyon dollar) cərimələmək qərarına gəlib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, şirkət bu barədə onlara kifayət qədər məlumat vermədən avtomatik sistemlərin köməyi ilə sürücü hesablarını blok edib.
Bu cərimə Avropa İttifaqının Ümumi Məlumatların Mühafizəsi Reqlamentinin tətbiq edildiyi dövr ərzində ikinci ən böyük cərimə ola bilər. Bundan daha böyük yalnız avropalı "Facebook" istifadəçilərinin məlumatlarının ABŞ-yə qanunsuz ötürülməsinə görə 2023-cü ildə İrlandiya tərəfindən "Meta"ya tətbiq edilən 1,2 milyard avro məbləğindəki cərimə olub.
"Uber" cərimə ilə bağlı şikayət etmək niyyətində olduğunu bildirib.
Oxşar xəbərlər
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Azərbaycanın beynəlxalq sanksiya siyahısına yeni dəyişikliklər edilib. BAKU.WS bu barədə Maliyyə Monitorinqi Xidmətinə istinadən xəbər verir. Məlumata görə, dəy...