"Spotify"da yeni funksiya istifadəyə verildi
Yeniliklərdən dərhal xəbərdar olun
Musiqi platforması "Spotify" istifadəçilər üçün yeni funksiyanı aktivləşdirib.
BAKU.WS xəbər verir ki, yenilik sayəsində istifadəçilər 10 nəfərə qədər üzvdən ibarət qruplar yarada biləcəklər. Bu qruplarda podkastların, pleylistlərin və audiokitabların paylaşılması, eləcə də yazışma imkanı mövcuddur.
Qeyd olunur ki, qrup söhbətlərinə yalnız daha əvvəl "Spotify" üzərindən qarşılıqlı əlaqə qurulmuş istifadəçiləri əlavə etmək mümkündür.
Qrup yaratmaq üçün tətbiqin "Mesajlar" bölməsinə daxil olaraq yuxarı hissədə yer alan "Qrup yarat" seçimi aktivləşdirilməlidir.
Yeni funksiya həm premium abunəçilər, həm də platformadan ödənişsiz istifadə edənlər üçün əlçatan olub.
Oxşar xəbərlər
Alkoqolun zərərini azaltmağın yolu açıqlanıb
Alkoqol qəbulunu tamamilə dayandırmağa hazır olmayan insanlar üçün belə, içilən miqdarın azaldılması sağlamlığa müsbət təsir göstərə bilər. BAKU.WS xəbər verir...