Son 60 ilin ən soyuq qışı yaxınlaşır
Mütəxəssislər hazırda "La Nina" dövrünə daxil olunduğumuzu və sərt bir qışın yaşayacağımızı bildiriblər
BAKU.WS trt haber-ə istinadən xəbər verir ki, son 50-60 ilin ən soyuq illərindən biri olacaq.
Türkiyə Meteorologiya Baş İdarəsi şənbə günündən etibarən qərb bölgələrindən başlayaraq ölkə ərazisində havanın 10-15, Qaradəniz bölgəsində isə bəzi yerlərdə 18 dərəcə soyuyacağını və temperaturun mövsüm normalarından aşağı düşəcəyini açıqlayıb.
Gözlənilən soyuq hava dalğası həftə boyu təsirini göstərib.
Prof. Dr. Doğan Yaşar bildirib ki, bu il qış erkən gəlib:
"Bu il qış olduqca erkən gəldi. Xüsusilə İzmir bu günlərdə çox soyuqdur. İzmirin noyabr ayı üçün orta temperaturu 14 dərəcədir, lakin hazırda 7,5-8 dərəcəyə düşüb. Bütün Türkiyə çox soyuqdur. Qar çox erkən yağıb. Ankara və Van kimi şəhərlərə də erkən qar düşüb. Bu, təəccüblü deyil. Bu ilin sərt keçəcəyini ABŞ-ın Milli Okean və Atmosfer Administrasiyası (NOAA) da açıqlayıb. 2024-cü ilin əvvəlindən may ayından başqa bütün aylar orta göstəricilərin üzərində olub."
O əlavə edib ki, təbiət həmişə tarazlığı bərpa edir:
"Əgər çox isti bir dövr keçirmişiksə, ardınca soyuq bir dövr gəlir və ya əksinə. Təbiət mütləq özünü balanslaşdırır. Temperatur və ya soyuq hava limitsiz şəkildə davam edə bilməz. 2020-ci ildən sonra 2021 və 2022-ci illərdə nadir hallarda görülən bir hadisə baş verdi: üç il ərzində çox quraqlıq oldu. Ardınca "Super El Nino" baş verdi və təbiət bu 3 illik açığı bununla bağlamağa çalışdı. Dubayda, Sahrada, Braziliyada, Avropada daşqınlar yaşandı."
"La Nina" dövründə soyuqların təsirli olduğunu vurğulayan Yaşar deyib:
"Son 50-60 ilin ən soyuq illərindən biri olacaq. Şubatdan sonra yağışların normala dönəcəyinə və gözəl bir yağışlı il keçirəcəyimizə inanıram. Hazırda qar yağışı var, bu yeraltı suları və torpağı bəsləyəcək. Lakin su ehtiyatlarının artması üçün doyurucu yağışlar lazımdır. Mən yağışların əsasən şubatdan sonra artacağını gözləyirəm."
Oxşar xəbərlər
Tox qalmaq üçün bu QİDALARI YEYİN
Mütəxəssislər uzun müddət tox qalmaq üçün lazımi qidaları açıqladılar. BAKU.WS xəbər verir ki, qidalanma və diyet üzrə mütəxəssis Hande Güngör bildirir ki, hər...