Şirin qidalara meyli azaltmağa nə kömək edir?
Yeniliklərdən dərhal xəbərdar olun
Şəkərli içkilərdəki və şirniyyatdakı şəkərin miqdarını tədricən azaltmaq bu vərdişdən xilas olmağın ən effektiv yollarındandır.
BAKU.WS xəbər verir ki, bu barədə Pravda.Ru-ya diyetoloq, nutrisioloq və terapevt, Rusiya Milli Dietoloqlar və Nutrisioloqlar Assosiasiyasının üzvü Anna Belousova məlumat verib.
Həkimin sözlərinə görə, şirniyyatları göz önündən uzaqlaşdırmaq da şirinə qarşı yaranan cazibəni minimuma endirməyə kömək edir.
Belousova əlavə edib ki, bəzən şirin qidalara həddindən artıq meyl sağlamlıq problemlərinin göstəricisi ola bilər - məsələn, karbohidrat mübadiləsinin pozulması, prediyabet və ya şəkərli diabet hallarında.
"Bəzən bu hal dəmir çatışmazlığı anemiyası və ya xrom çatışmazlığı zamanı da müşahidə olunur. Buna görə də şirniyyatı tamamilə rasiondan çıxarmazdan əvvəl qan şəkəri və dəmir səviyyəsini yoxlamaq, lazım gələrsə, qidalanmanı tənzimləmək vacibdir," – deyə həkim vurğulayıb.
Daha əvvəl Vanderbilt Universitetinin Tibb Mərkəzinin alimləri müəyyən ediblər ki, gündəlik olaraq ara yeməklər arasında az miqdarda qoz-fındıq yemək şirin qidalara meyli azaldır və metabolik sindrom riski olan gənclərdə qidalanma keyfiyyətini yaxşılaşdırır.
Oxşar xəbərlər
İtaliyanın Sardiniya adasında uzunömürlülüyün sirləri araşdırılıb
İtaliyanın Sardiniya adasındakı Bolotana kəndində yaşayan uzunömürlülərin həyat tərzi "National Geographic" tədqiqatçılarının diqqətini cəlb edib. Kənd sakinlə...