Sentyabr ayının 7 günü ilə bağlı XƏBƏRDARLIQ - Vacib işləri təxirə salın

Astroloqların fikrincə 2025-ci ilin sentyabr ayı üçün astroloji cəhətdən diqqət yetirilməli "təhlükəli" günlər var.
BAKU.WS həmin günləri və səbəblərini təqdim edir: 21–22 sentyabr Həmin günlərdə Saturn və Günəş arasında qarşıdurma gözlənilir. Bu zaman Saturn Yerə ən yaxın mövqedə və Günəşlə ziddiyyət içində olur.
Bu dövr təbii fəlakətlərlə bağlı kritik hadisələr üçün astroloji siqnal kimi qəbul edilir. Belə bir qarşıdurmanın Mars və Merkuri dərəcələri üzərinə təsir edə biləcəyi və texnoloji və kütləvi rabitə sistemlərində problemlərə gətirib çıxara biləcəyi vurğulanır. 6–15 və 19–25 sentyabr Bu aralıqda nəqliyyat qəza risklərinin və qlobal fəlakətlərin artma ehtimalı qeyd olunur.
Xüsusilə 20–21 sentyabr günləri daha yüksək riskli sayılır - kritik hadisələr üçün astroloji xəbərdarlıq kimi qeyd edilir. 7 və 21 sentyabr (tutulma günləri) 7 sentyabr Tam Ay tutulması (Qan Ay) hadisədiri. Bu astroloji baxımdan emosional partlayışlar, ani dəyişikliklər və təlatümlər gətirə bilən güclü fenomenlərdən biridir.
21 sentyabr Qismən Günəş tutulması (eclipse mövsümündə) müşahidə ediləcək. Bu tip hadisələr astrolojidə dönüş nöqtəsi olaraq qəbul olunur və bəzən gözlənilməz əhval dəyişiklikləri, plan pozuntuları gətirə bilər
Oxşar xəbərlər
BŞTİ: Uşaq bağçalarında otaqların temperaturu qanunvericiliyin tələbələrinə uyğun həddə saxlanılır
Temperaturun normadan artıq olduğu hallarda uçaq bağçalarılnda otaqların havalandırılması işçi heyət tərəfindən müntəzəm həyata keçirilir. BAKU.WS report-a isti...