Səhnədə qəfil vəfat edən Metin Arolatın ekspertiza hesabatında şoka salan DETAL
Məşhur türkiyəli müğənni və rejissor Metin Arolatın qəfil vəfatı ilə bağlı gizlinlər aydınlaşmağa başlayıb. Aylardır davam edən gözləntilərin ardından ekspertiza hesabatı açıqlanıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Arolatın ölüm səbəbi rəsmi şəkildə infarkt kimi qeyd olunub. Ancaq hesabata görə, onun qan nümunələrində etil spirti (etanol) və narkotik maddə izlərinə rast gəlinib.
Hesabatda yer alan bu detallı məlumatlar həm sənət aləmində, həm də Arolatın çox sayda pərəstişkarı arasında böyük sarsıntı yaradıb.
Qeyd edək ki, Arolat 2024-cü il sentyabrın 20-də İstanbulun Kozyatağı səhnəsində çıxış edərkən qəfil huşunu itirib.
Dərhal xəstəxanaya çatdırılsa da, həkimlərin bütün səylərinə baxmayaraq, 52 yaşlı ifaçını xilas etmək mümkün olmayıb.
Oxşar xəbərlər
Sentyabrın ilk günü hava belə olacaq
Azərbaycanda sentybarın 1-də havanın yağışlı keçəcəyi gözlənilir. BAKU.WS xəbər verir ki, xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yay...