Sbah 17 dərəcə isti olacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Yanvarın 11-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
BAKU.WS xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, gecə və səhər bəzi yerlərdə zəif duman, az çiskin olacaq.
Şimal-qərb küləyi səhər arabir güclənən cənub-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 3-5, gündüz 11-16 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-85 %, gündüz 65-70 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 0-5, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 7-12 dərəcə isti olacaq.
Oxşar xəbərlər
Azərbaycan 2027-ci ildə BMT-nin Qlobal Forumuna ev sahibliyi edəcək
Azərbaycan 2027-ci ildə BMT-nin Sivilizasiyalar Alyansının (UNAOC) növbəti Qlobal Forumuna ev sahibliyi edəcək. BAKU.WS xəbər verir ki, bu barədə Dini Qurumlarl...