Sabah şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

09
iyl
2025
19:33
Azərbaycanın bəzi rayonlarında iyulun 10-da şimşək çaxacağı və dolu düşəcəyi gözlənilir.
Bu barədə BAKU.WS-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, əsasən dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.
Oxşar xəbərlər
Türkiyədə bələdiyyə sədri və bələdiyyə sədrinin müavini vəzifələrindən kənarlaşdırıldılar
Türkiyədə Adana Böyükşəhər Bələdiyyə sədri Zeydan Karalar və Büyükçekmece Bələdiyyə sədrinin müavini Ahmet Şahin tutduqları vəzifələrdən kənarlaşdırılıblar. BAK...