Rusiyada Google şirkətindən rekord məbləğdə kompensasiya tələb edildi

Rusiyada Google şirkətindən rekord məbləğdə kompensasiya tələb edildi
Digər 96

Rusiyadakı televiziya kanalları YouTube hesablarının bloklanması səbəbilə Google şirkətindən 1,8 duodesilyon rubl (39 sıfır) məbləğində kompensasiya tələb edir. Bu inanılmaz məbləğ dünya ÜDM-ni belə üstələyir.

BAKU.WS xəbər verir ki, məsələ ilə tanış olan mənbələr bu rəqəmi RBK-ya açıqlayıb.

Məhkəmə prosesi 2020-ci ildə "Tsarqrad" və "RIA FAN" kanallarının Google-yə qarşı iddia qaldırması ilə başlayıb. 2021-ci ildə məhkəmə Google-nin kanalların hesablarını bərpa etməli olduğunu qərara alıb, lakin şirkət bu qərara əməl etməyib. Nəticədə, gündəlik cərimələr tətbiq edilib və illər ərzində borc sürətlə artıb.

Mübahisəyə daha sonra "Zvezda" və "Birinci Kanal" da qoşulub. 2024-cü ilin oktyabrına qədər borcun məbləği 2 milyard rubla çatıb.

Google artıq Rusiyadakı fəaliyyətini dayandırıb və bir çox ölkələrdə məhkəmə çəkişmələri ilə üzləşir. Lakin şirkət bildirib ki, bu iddialar onun qlobal fəaliyyətinə ciddi təsir göstərməyəcək.

Oxşar xəbərlər

Gələn ildən qaz limitləri ləğv oluna bilər? - AÇIQLAMA

Gələn ildən qaz limitləri ləğv oluna bilər? - AÇIQLAMA

Qaz sərfiyyatının artması fonunda əhali arasında limitlərin ləğvi məsələsinə dair narahatlıq yenidən gündəmə gəlib. İnsanlar xüsusilə qış mövsümündə limitlərin...

141 Digər 13:17 06 dekabr 2025

Son xəbərlər