QMİ sədrinin müavini: Azərbaycanda dövlət-din münasibətləri yüksək səviyyədədir
Yeniliklərdən dərhal xəbərdar olun
Müxtəlif dini məbədlərin əsaslı təmiri və bərpası ölkədə dövlət-din münasibətlərinin yüksək səviyyədə olduğunu göstərir.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Bəxtiyar Nəcəfov Naxçıvanda keçirilən "Dövlət-din münasibətləri: geosiyasi reallıqlar və qlobal çağırışlar kontekstində" konfransdakı çıxışında deyib.
O vurğulayıb ki, İlham Əliyevin prezidentliyi dövründə milli-mənəvi dəyərlərin qorunub saxlanılması və inkişafı istiqamətində yaradılmış siyasi ənənənin dinamikası artıb, inkişaf tempi daha da sürətlənib:
"Ölkənin müxtəlif regionlarında inşa edilən, təmir-bərpa olunan məscid- ziyarətgah kompleksləri, kilsələr, sinaqoqlar qeyd olunan fəaliyyətin əyani sübutudur. Dövlət başçısı işğaldan azad olunmuş ərazilərdə quruculuq işlərini daim diqqətdə saxlayır, hər səfərində milli-mənəvi irsimiz olan abidələrin bərpası, təmiri işləri ilə yaxından maraqlanır.
Şuşada, Ağdamda bir sıra məscidlərin təmir-bərpa olunması, Zəngilanda yeni məscidin tikilməsi, habelə alban və pravoslav kilsələrinin əsaslı restavrasiyası dövlət-din münasibətlərinin yüksək səviyyədə olduğunu göstərir".
Oxşar xəbərlər
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Azərbaycanın beynəlxalq sanksiya siyahısına yeni dəyişikliklər edilib. BAKU.WS bu barədə Maliyyə Monitorinqi Xidmətinə istinadən xəbər verir. Məlumata görə, dəy...