Qışdan sonra yuxu rejimini bərpa etməyin yolları

Yuxu sağlamlığımızın əsas amillərindən biridir. Lakin yaz aylarında yuxu rejimini qaydaya salmaq çətin ola bilər, çünki qışda gec yatmağa öyrəşirik. Uzun qış tətilindən sonra bir çox insanın rejimi pozulur, lakin bunu bərpa etmək mümkündür.
BAKU.WS ferra.ru-ya istinadən həmim yolları təqdim edir.
İlk növbədə, yatma saatınızı tədricən dəyişin – hər gün maksimum 30 dəqiqə erkən yatmağa çalışın. Eyni zamanda, səhər həmişə eyni saatda oyanmaq vacibdir, hətta əvvəlcə çətin olsa belə.
Bədəninizin yaz rejiminə daha tez uyğunlaşması üçün səhər mütləq gün işığı qəbul edin. Küçəyə çıxın, balkona gedin və ya heç olmasa pəncərənin qarşısında bir müddət dayanın. Həmçinin qısa bir səhər gəzintisi və ya yüngül idman hərəkətləri etmək də faydalıdır.
Günorta yuxusundan çəkinin. Əgər yatmaq zəruridirsə, bu müddət 20 dəqiqədən çox olmamalıdır və günortaya qədər olmalıdır.
Axşam saatlarında bədəninizi istirahətə hazırlayın. Yatmazdan bir saat əvvəl otaqdakı işıqları azaldın, telefon və digər ekranlardan uzaq durun. Bunun əvəzinə bitki çayı için, meditasiya edin və ya rahatlaşdırıcı texnikaları sınayın.
Gecə ağır yeməklərdən çəkinin. Əvəzində isti vanna və ya duş qəbul edin, aromatik şamlar yandırın və əsas işıq yerinə gecə lampasından istifadə edin.
Bu addımları tətbiq edərək, orqanizminiz tədricən normal yuxu rejiminə qayıdacaq.
Oxşar xəbərlər
Noyabr bu BÜRC üçün bolluq ayı olacaq - Pul demək olar ki, "göydən yağacaq"
2025-ci ilin noyabrı Buğa bürcü üçün sözün əsl mənasında bolluq və qazanc ayı olacaq. Astrologlar hesab edir ki, bu dövrdə ulduzların düzülüşü Buğalara həm kary...
