Qarşılayın - 2024 KAİNAT GÖZƏLİ
Yeniliklərdən dərhal xəbərdar olun
Ən məşhur və qalmaqallı gözəllik yarışmalarından biri olan "Kainat gözəli 2024"ün finalı Meksikada baş tutub.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, titulun qalibi danimarkalı 21 yaşlı Viktoriya Kjaer Teilviq olub.
İkinci yerləri Çidimma Adetşina (Nigeriya), Mariya Fernanda Beltran (Meksika), Suchata Çuanqsri (Tayland) və İleana Markes (Venesuela) tutub. Final çimərlik geyimlərinin, gecə paltarlarının nümayişi, suallara cavablar və müsahibə müsabiqəsindən ibarət olub.
Ümumilikdə müsabiqədə 120-dən çox ölkədən nümayəndə iştirak edib.
Qeyd edək ki, müsabiqənin 72 illik tarixində ilk dəfə olaraq 28 yaşdan yuxarı iştirakçılar "Kainat gözəli" adı uğrunda mübarizə aparıblar.
Oxşar xəbərlər
İtaliyanın Sardiniya adasında uzunömürlülüyün sirləri araşdırılıb
İtaliyanın Sardiniya adasındakı Bolotana kəndində yaşayan uzunömürlülərin həyat tərzi "National Geographic" tədqiqatçılarının diqqətini cəlb edib. Kənd sakinlə...