Qarpız alarkən diqqətli olun: Nitratla yetişdirildiyini belə tanıya bilərsiniz

Yay aylarında qarpız süfrələrin əvəzolunmaz meyvələrindən biridir. Lakin bəzən bu ləzzətli meyvə sağlamlıq üçün təhlükəyə çevrilə bilər. Ekspertlər bildirir ki, bəzi qarpızlar süni şəkildə, yüksək miqdarda nitratlarla yetişdirilir.
BAKU.WS xəbər verir ki, rusiyalı terapevt həkim Diana Qlistenkova bu meyvənin xarici və daxili görünüşünə əsasən keyfiyyətini necə müəyyən etməyi açıqlayıb.
Nitratlı qarpızları necə tanımalı?
Qarpızın nitratla yetişdirilib-yetişdirilmədiyini təyin etməyin bir neçə sadə üsulu var:
Simmetrik forma - Keyfiyyətli qarpız dairəvi və ya oval formada olur. Göyərmiş, çatlamış, nahamar səthə malik meyvələrdən uzaq durun.
Qabığın görünüşü - Qabıq bütöv, təmiz və zədəsiz olmalıdır. Əgər qarpızın səthi həddindən artıq parlaq və süni şəkildə bərq vurursa, bu, artıq nitratın əlamətidir.
Rəng və naxışlar - Yaxşı qarpızın üzərində açıq və qaranlıq zolaqlar aydın şəkildə seçilməlidir. Bundan əlavə, "torpaq ləkəsi" adlanan sarı sahənin olması da vacibdir - bu, onun günəş altında təbii yetişdiyini göstərir.
Qarpızın içi də xəbər verir
Kəsilmiş qarpızda da bəzi əlamətlərə diqqət yetirmək lazımdır:
Məxməri parıltı və dənəcikli quruluş - Bu, meyvənin yetişkən və dadlı olduğunu göstərir.
Əgər rəng çox tünd, qeyri-təbii qırmızıdırsa, bu, nitratların yüksək olduğunu göstərə bilər.
Qarpız alarkən sadə müşahidələrlə keyfiyyətini yoxlamaq mümkündür. Yuxarıda sadalanan əlamətlərə diqqət etməklə həm özünüzü, həm də yaxınlarınızı zəhərlənmədən və sağlamlıq risklərindən qorumuş olarsınız.
Oxşar xəbərlər
Niyə biz astrologiyaya bu qədər inanırıq?
Astrologiya - qədim biliklər sistemidir və müasir elmi dünyada belə hələ də populyarlığını qoruyub saxlayır. BAKU.WS xəbər verir ki, texniki tərəqqiyə, təhsilə...