Qaralmış banan daha faydalıdır, yoxsa sarı? – Mütəxəssislər açıqladı

Bananın sarı və ya qaralmış halda yeyilməsi ilə bağlı suallar tez-tez gündəmə gəlir.
BAKU.WS xəbər verir ki, mütəxəssislər bildirirlər ki, hər iki formada bananın faydaları olsa da, istifadəsi məqsədə uyğun olaraq dəyişə bilər.
Sarı banan daha az şəkərli, liflə zəngin və mədə üçün rahat qəbul edilən bir meyvə sayılır. Bu formada olan banan xüsusilə uşaq və yaşlılar üçün uyğundur.
Qaralmış banan isə daha çox şəkər tərkibli olur və antioksidant baxımından zəngindir. Araşdırmalara görə, qabığı ləkələnmiş banan immun sistemini gücləndirən maddələr istehsal edir. Lakin şəkərli diabetdən əziyyət çəkənlərin bu növ bananı ehtiyatla istehlak etməsi tövsiyə olunur.
Həkimlər hər iki formada bananın faydalı olduğunu bildirir, lakin bananı yeyərkən fərdi sağlamlıq vəziyyətini nəzərə almağı vacib sayırlar.
Oxşar xəbərlər
"Süni intellekt yox, onu idarə edən insan təhlükəlidir"
Rusiya Elmlər Akademiyasının akademiki, epidemioloq Gennadiy Onişçenko bildirib ki, süni intellekt (Sİ) özü-özlüyündə biotəhlükəsizlik üçün təhlükə yaratmır. B...
