Qanı nə vaxt vermək daha yaxşıdır?

Qanı nə vaxt vermək daha yaxşıdır?
Digər 297

Mütəxəssislər bildirirlər ki, qan ilin istənilən ayında vermək mümkündür, lakin bəzi məqamları nəzərə almaq vacibdir.

BAKU.WS-in məlumatına görə, həkimlərin fikrincə, qan vermədən əvvəl sağlam və balanslı qidalanmaq, kifayət qədər su qəbul etmək və yuxu rejiminə əməl etmək lazımdır.

Qan donorluğu üçün ideal şərait – sakit və stressdən uzaq mühitdir. Səhər saatları qan vermək üçün ən əlverişli vaxt hesab olunur, çünki bu zaman orqanizm hələ yorğunluqdan və xarici təsirlərdən azaddır. Bundan başqa, donorun son 24 saat ərzində alkoqollu içki qəbul etməməsi və ağır fiziki işlə məşğul olmaması tövsiyə olunur.

Mütəxəssislər vurğulayırlar ki, qan vermək həm donor, həm də resipiyent üçün təhlükəsizdir, amma yalnız donorun fiziki vəziyyəti uyğun olduqda. Bu kimi tədbirlər qan donorluğunun effektivliyini artırır və fəsadların riskini azaldır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

BASF şirkəti rəqibi "Evonik"i 8 milyard avroya ala bilər

BASF şirkəti rəqibi "Evonik"i 8 milyard avroya ala bilər

Almaniyanın ən böyük kimya şirkəti BASF bazar dəyəri 8 milyard avronu aşan rəqibi, ixtisaslaşmış kimyəvi maddələr istehsalçısı "Evonik"i almaq imkanlarını nəzər...

35 Digər 23:36 25 sentyabr 2026

Son xəbərlər