Qan testi ilə xərçəngin aşkarlanmasında ümidverici YENİLİK

Qan testi ilə xərçəngin aşkarlanmasında ümidverici YENİLİK
Digər 17

Xərçənglə mübarizədə irəliləyişlər yavaş getsə də, hazırlanmış yeni qan testi elm dünyasında diqqət çəkib.

BAKU.WS trt haber-ə istinadən xəbər verir ki, Galleri adlı testin qan nümunəsindən 50 fərqli xərçəng növünü aşkar edə biləcəyi bildirilib, lakin mütəxəssislər nəticələrdə bəzi çatışmazlıqların olduğunu vurğulayır.

Test ABŞ-də fəaliyyət göstərən Grail şirkəti tərəfindən hazırlanıb və hazırda Böyük Britaniyanın Milli Səhiyyə Xidmətində sınaqdan keçirilir.

Açıqlamaya görə, müsbət nəticə alan şəxslərin 62 faizində həqiqətən xərçəng aşkar edilib, həmçinin test 99,6 faiz dəqiqliklə sağlam insanlarda xəstəliyi istisna edib.

ABŞ və Kanadada aparılan "Pathfinder 2" sınağında 23 161 nəfər iştirak edib. Müsbət nəticə çıxan 216 nəfərin 133-də xərçəng təsdiqlənib, 83 nəfərdə isə yanlış müsbət nəticə qeydə alınıb.

Mütəxəssislər bunun əlavə narahatlıq və lazımsız tibbi müdaxilələr yarada biləcəyini deyir.

Testin həssaslığı 40,4 faiz olub ki, bu da ortaya çıxan halların böyük bir qisminin aşkarlanmadığını göstərir. Alimlər bunun insanlarda yanlış güvən yarada biləcəyini bildirir.

Mütəxəssislər həmçinin testin real həyatda klinik sınaqlardan daha zəif nəticə verə biləcəyini və qiymətinin ABŞ-də təxminən 950 dollar yüksək olduğunu qeyd edir. Testin geniş kütlələrdə tətbiqi və uzunmüddətli təsiri ilə bağlı nəticələr hələlik tam məlum deyil.

Son xəbərlər