Putin Rusiyanın yeni silahının anonsunu verdi

"Rusiya tezliklə yeni silahını təqdim edə bilər. Hazırda onun sınaqları uğurla gedir".
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Tacikistana səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransında bəyan edib.
"Düşünürəm ki, yaxın günlərdə vaxtilə elan etdiyimiz yeni silah barədə məlumat vermək imkanımız olacaq. O, meydana çıxmaq üzrədir, hazırda sınaqdan keçirilir. Sınaqlar uğurla gedir", - deyə Rusiya lideri bildirib.
Putinin sözlərinə görə, Rusiya silahlarının qitələrarası imkanlarına gəlincə, onların dənizdə və havada yeniliyi və müasirliliyi çox yüksək səviyyədədir.
"Nüvə silahından çəkindirmə vasitələrimizin yeniliyi hər hansı digər nüvə dövlətindən yüksəkdir. Biz bütün bunları çox fəal şəkildə inkişaf etdiririk. Odur ki, vaxtilə, əvvəlki illərdə dediklərimin hamısı inkişaf etdirilir", - deyə RF prezidenti vurğulayıb.
Oxşar xəbərlər
İranda məcburi hicab qaydası ləğv olunub?
"Son günlər İranda qadınların küçə və xiyabanlarda, ticarət mərkəzləri və təhsil müəssisələrində hicabsız şəkildə sərbəst hərəkətini əks etdirən görüntülər geni...
