Psixoloq: "Qadın kişiyə tabe olmayanda, həyatında çətinliklərlə üzləşir"

Psixoloq: Qadın kişiyə tabe olmayanda, həyatında çətinliklərlə üzləşir
Video
Digər 64

Baku TV-nin "Amin" verilişinin yeni buraxılışı yayımlanıb.

Budəfəki buraxılışda psixoloq İradə İmanova ilə mənəviyyat mövzusu müzakirə edilib.

Müasir dövrdə mənəviyyata önəm verilməməsi, pis əməlləri olan insanların özlərini təmizə çıxarmağa çalışmasının səbəbləri, sədəqə və xeyir əməllərin mənəviyyatımıza təsiri ilə bağlı suallar cavablandırılıb.

Psixoloji seansları barədə də danışan İradə İmanova kişiyə tabe olmayan qadının həyatı ilə bağlı çətinliklərlə üzləşdiyini söyləyib.

"Allah qadını kişiyə tabe etdirir. Həmişə eşitmişik ki, ata qarğışı ağır olur. Qəbula gələn qadınlara deyirəm ki, atanız oğru, narkoman olsa belə, onu qəbul edin. Nə etsə də, Allahdan üzr istəyin və belə ataya sahib olduğunuz üçün ruhunuzun nə etdiyini sorğulayın", - deyə psixoloq sözlərinə əlavə edib.

Son xəbərlər