Psixoloq işdə stresi tez azaltmağın yolunu açıqladı
İş yerində sənədləri və iş masasını qaydaya salmaq stress və narahatlıq səviyyəsini azaltmağa kömək edə bilər.
BAKU.WS xəbər verir ki, bu barədə "Gazeta.ru"ya açıqlamasında rusiyalı psixoloq və psixoanalitik terapevt Maria Bodryagina danışıb.
Mütəxəssisin sözlərinə görə, qarışıqlıq bəzi insanlarda beynin əlavə informasiya emal etməsinə səbəb olur. Bu isə diqqətin azalmasına, yorğunluğun artmasına və stresin yüksəlməsinə gətirib çıxarır.
Psixoloq bildirib ki, narahatlıq əsasən qeyri-müəyyənlik və nəzarəti itirmək hissi ilə bağlıdır. Sənədlərin çeşidlənməsi və iş mühitinin təşkil olunması isə insana yenidən nizam və idarəetmə hissi qazandırır.
"Dağınıqlıq insan beynində "yarımçıq işlər" effekti yaradır. Hər səliqəsiz sənəd və ya açıq qalan fayl psixikaya "bunu həll etmək lazımdır" siqnalı verir. İnsan bunu şüurlu şəkildə düşünməsə belə, daxildə gərginlik artır", - deyə Maria Bodryagina izah edib.
Onun sözlərinə görə, qayda yaratmaq prosesi həm də sürətli nəticə verən sadə fəaliyyət hesab olunur. Bu isə qeyri-müəyyənlik fonunda insanda tamamlanma və faydalılıq hissi yaradır.
Bununla belə, mütəxəssis xəbərdarlıq edib ki, həddindən artıq təşvişli insanlarda daim nizam yaratmaq ehtiyacı əksinə, daxili gərginliyi artıra bilər.
Psixoloq qeyd edib ki, əgər insan ən kiçik qarışıqlıqdan belə ciddi narahatlıq keçirirsə və daim "hər şey kifayət qədər düzgündürmü?" düşüncəsi ilə yaşayırsa, bu artıq sadəcə rahatlama üsulu deyil, nəzarət ehtiyacının simptomuna çevrilə bilər.
Oxşar xəbərlər
Bu vərdiş qəhvəni zərərli edir - Həkimdən XƏBƏRDARLIQ
Kofe sağlamlıq üçün faydalı hesab olunsa da, bir vərdiş onun müsbət təsirlərini demək olar ki, tamamilə aradan qaldıra bilər. BAKU.WS xəbər verir ki, bu barədə...