Peter Madyar "Pakş" AES-in turbinlərinin yenidən işə salınacağını elan edib
Macarıstan hazırda fəaliyyət göstərməyən "Pakş" Atom Eelektrik Stansiyasının (AES) turbinlərini avqustun 23-dən işə salacaq.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Peter Madyar "X" sosial şəbəkəsində məlumat verib.
"Bazar günündən etibarən, inşa edilən səddin tamamlanmasından və gözlənilən su səviyyəsinin yüksəlməsindən sonra, hazırda işləməyən turbinləri də qoşmağa başlaya bilərik," - o yazıb.
P.Madyar qeyd edib ki, hazırda stansiyanın mövcud turbinlərinin suyun səviyyəsinin aşağı düşməsi fonunda işinin qorunması uğrunda mübarizə davam edir. Onun sözlərinə görə, suyun səviyyəsində gözlənilən artıma qədər daha iki gün davam etmək lazımdır.
Daha əvvəl "Pakş" AES-in işində Dunay çayında suyun səviyyəsinin davamlı azalması ilə bağlı problemlərin olduğu bildirilib.
Qeyd edək ki, bu, Macarıstanın yeganə atom elektrik stansiyasıdır və ölkənin elektrik enerjisi istehsalının təxminən yarısını təmin edir. Nüvə reaktorlarını soyutmaq üçün istifadə olunan Dunayın suyunun rekord səviyyədə aşağı olması səbəbindən hazırda onun işi məhdudlaşdırılıb.
Oxşar xəbərlər
BMT İsrailin Suriyaya zərbələrini pisləyib
BMT İsrailin Suriya ərazisinə son hava hücumları ilə bağlı narahatlığını bildirib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə BMT rəhbərinin rəsmi nü...