Pekində robotlar insanlarla yarım marafonda iştirak etdilər – lakin uduzdular

Pekində robotlar insanlarla yarım marafonda iştirak etdilər – lakin uduzdular
Digər 141

Aprelin 19-da Çinin paytaxtı Pekində dünyada ilk dəfə olaraq robotlarla insanların birgə qatıldığı yarım marafon keçirilib. 21 kilometr məsafədə 21 humanoid robot 12 min insanla yarışıb.

BAKU.WS xəbər verir ki, "TechCrunch"un məlumatına görə, tədbir texnologiya mərkəzi E-Town-da təşkil olunub və Çinin robototexnika sahəsindəki nailiyyətlərinin nümayişinə çevrilib. Lakin hələlik robotlar insan sürətinə çatmaqdan uzaqdır.

Robotlar arasında qalib Pekin Humanoid Robot İnnovasiya Mərkəzinin hazırladığı "Tiangong Ultra" olub. O, məsafəni 2 saat 40 dəqiqəyə qət edib ki, bu da insan qalibin nəticəsindən iki dəfə zəifdir.

Yarışda "DroidUP" və "Noetix Robotics" şirkətlərinin də modelləri iştirak edib. Robotların boyu 76 santimetrdən 1,8 metrədək dəyişib. Bəziləri, o cümlədən Tiangong, insan qaçışını imitasiya edən alqoritmlərlə idarə olunub, lakin onlara batareya dəyişimi və yıxılmaların qarşısını almaq üçün müşayiətçilər lazım olub. Yarışda insidentsiz ötüşməyib: "Shennong" adlı robot hasara çırpılaraq sıradan çıxıb, "Little Giant" isə başından tüstü çıxmağa başladığı üçün dayanmalı olub. Cəmi dörd robot 4 saatlıq vaxt limitinə sığa bilib.

Qeyd edək ki, yarış əvvəlcə aprelin 13-nə təyin edilsə də, güclü yağış səbəbindən təxirə salınmışdı.

Oxşar xəbərlər

Dişləri qorumağın 5 sadə yolu

Dişləri qorumağın 5 sadə yolu

Diş sağlamlığı insanın ümumi sağlamlığının və estetik görünüşünün vacib hissəsidir. Gülümsədiyimiz zaman ilk nəzərə çarpan məhz dişlərimiz olur. Ancaq dişlər t...

109 Digər 18:18 08 iyun 2025

Son xəbərlər