Payızın "təbii dərmanı" sayılan təzə qozun faydaları - Gündə nə qədər yemək olar?

Payızın təbii dərmanı sayılan təzə qozun faydaları - Gündə nə qədər yemək olar?
Digər 240

Mütəxəssislər bildirirlər ki, payız aylarında bol olan təzə qoz həm sağlamlıq, həm də beyin fəaliyyəti üçün ən faydalı qidalar sırasında yer alır.

BAKU.WS xəbər verir ki, tərkibindəki Omega-3 yağ turşuları, E vitamini, maqnezium, kalium və antioksidantlar sayəsində qoz həm immuniteti gücləndirir, həm də ürək-damar sistemini qoruyur.

Təzə qoz həmçinin beyin fəaliyyətini yaxşılaşdırır, yaddaşı gücləndirir, qanda xolesterini tənzimləyərək ürək-damar xəstəliklərinin qarşısını alır. Yaşıl qoz iltihabəleyhinə təsir göstərir, oynaqlar üçün faydalıdır. Bu həm də dərinin və saçların sağlam görünüşünü qoruyur, yuxunu tənzimləyən melatoninin təbii mənbəyidir.

Gündə nə qədər yemək olar?

Mütəxəssislər bildirirlər ki, gündə 3-5 ədəd təzə qoz ləpəsi kifayətdir. Normadan artıq qəbul isə həzm sisteminə yük ola bilər və yüksək kalorili olduğundan çəki artımına səbəb ola bilər.

Qida mütəxəssislərinin tövsiyəsinə görə, qozu səhər yeməyində bal və pendirlə, gün ərzində isə salat və ya meyvələrlə qəbul etmək həm faydalı, həm də doyumludur.

Payızın "təbii dərmanı" adlandırılan təzə qoz sağlam həyat tərzi üçün gündəlik rasionda xüsusi yer tutmalıdır.

Oxşar xəbərlər

Azərbaycanda ayı həyətə soxuldu

Azərbaycanda ayı həyətə soxuldu

Bu gecə Qusar rayonu Cibir Kəndində ayı görünüb. Bu barədə hadisə şahidləri BAKU.WS-in "qaynar xətti"nə məlumat veriblər. Bildirilir ki, ayı ətrafda olan insanl...

259 Digər 05:03 26 sentyabr 2025

Son xəbərlər