Paşinyan: Ermənistan Rusiya və Aİ ilə münasibətlərini balanslaşdıracaq
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan Rusiya və Avropa İttifaqı (Aİ) ilə münasibətlərini balanslaşdıracaq.
"Report" Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində panel müzakirəsində bildirib.
"Biz tarazlaşdırılmış xarici siyasət yürütməyi qərara aldıq, bu o deməkdir ki, biz Avropa İttifaqı, Rusiya və regional qüvvələrlə münasibətlərimizi balanslaşdırmağa çalışacağıq", - o qeyd edib.
Paşinyan vurğulayıb ki, balansı yaddan çıxarmamaq lazımdır, "çünki balansdan kənara çıxma təkcə konkret ölkə üçün deyil, həm də regional və qlobal sabitlik üçün çox ciddi nəticələrə səbəb ola bilər".
Oxşar xəbərlər
İran səfiri Azərbaycanla cinayətkarlığa qarşı birgə mübarizədən danışıb
"Azərbaycanla İran arasında korrupsiya və cinayətkarlıqla bağlı ikitərəfli əlaqələrimiz də davam edir və müvafiq strukturlar arasında əməkdaşlıq mövcuddur". BAK...