"Osvensim" ölüm düşərgəsindən sağ çıxan yeganə fransalı uşaq öldü

Osvensim ölüm düşərgəsindən sağ çıxan yeganə fransalı uşaq öldü
Foto
Digər 230

1942-ci ildə Fransadan Osvensimə (Osvensim və ya Auşvis 1940-1945-ci illərdə müasir Polşa ərazisində, Krakovdan 60 kilometr qərbdə yerləşən nasist-alman konsentrasiya və ölüm düşərgələri kompleksi - red.) deportasiya edilən 6 min yəhudi uşaqdan yeganə sağ çıxan Anri Borlan vəfat edib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Fransanın "Le Figaro" nəşri məlumat verib.

Məlumata görə, kişi 98 yaşında dünyasını dəyişib.

Anri Borlan 5 iyun 1927-ci ildə Parisdə anadan olub və ailəsində on uşaqdan dördüncüsü olub. Onlar 1939-cu ilin avqustuna - İkinci Dünya müharibəsi təhlükəsi onları qaçmağa vadar edənə qədər 13-cü fəhlə dairəsində yaşayıblar.

1942-ci ildə Borlan 15 yaşlı yeniyetmə olarkən nasistlər basqın təşkil ediblər və o, atası Aaron, qardaşı Bernard və bacısı Denizlə birlikdə həbs edilib. Ailə Osvensimə deportasiya edilib.

Ölüm düşərgəsində onun sol qoluna 51055 rəqəmi həkk olunmuş döymə vurulub ki, Borlan uzun illər ərzində bu döyməni gizlədib, lakin son illərdə bu rəqəm nasistlər üzərində qələbənin simvoluna çevrilib. 3 aprel 1945-ci ildə ABŞ qoşunları tərəfindən azad edilməsinə az qalmış o, Almaniyada yerləşən Buxenvald düşərgəsindən qaçmağa nail ola bilib.

Son xəbərlər