Ölümdən əvvəlki əlamətlər BUNLARDIR

ABŞ-nin Milli Sağlamlıq İnstitutuna bağlı Milli Yaşlanma İnstitutunun alimləri yaşlı və ya müalicəsi mümkün olmayan xəstə bir şəxsin ölümə yaxınlaşdığını göstərən bir neçə əlaməti müəyyən edib.
BAKU.WS xəbər verir ki, tədqiqat nəticələri Böyük Britaniyanın mətbuatında yayımlanıb.
Tədqiqata əsasən, ən çox rast gəlinən əlamətlərdən biri nəfəs darlığıdır. Bu vəziyyət bəzən "hava aclığı" adlandırılır, çünki insanlar bu halda tez-tez boğulma hissi keçirir.

Bundan əlavə, alimlər psixi pozğunluqların da ölümə yaxınlaşmanı göstərə biləcəyini müəyyənləşdirib. Ən çox rast gəlinən hallar depressiya, artan narahatlıq və diqqətsizlikdir.
Həmçinin, insan ölümə yaxın günlərdə daha yorğun olur və yuxululuqdan əziyyət çəkir. Bu əlamətlərin diqqətlə izlənməsi ölümə yaxın olan şəxslərə daha yaxşı qayğı göstərilməsinə kömək edə bilər.

Oxşar xəbərlər
Alimlər dahi insanların o vərdişini açıqladı – 4 qəribə davranış
İnsan beyninin mürəkkəb quruluşu tam olaraq öyrənilməsə də, aparılan psixoloji araşdırmalar müəyyən davranış nümunələrinin zəkayla bağlı olduğunu üzə çıxarır. M...