Ölümcül "Gezani" siklonu Madaqaskara qayıdır: Maksimal qırmızı təhlükə səviyyəsi elan edildi

Ölümcül Gezani siklonu Madaqaskara qayıdır: Maksimal qırmızı təhlükə səviyyəsi elan edildi
Digər 46

Madaqaskar rəhbərliyi ölkəyə yaxınlaşmaqda olan "Gezani" tropik siklonu səbəbindən maksimal - qırmızı təhlükə səviyyəsi elan edib.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, qasırğanın mərkəzi hazırda ölkənin cənub-qərb sahillərindən təxminən 240 kilometr məsafədə yerləşir. Axşam saatlarında isə təbii fəlakətin quruya çatacağı gözlənilir.

Siklonun mərkəzi hissəsində küləyin sürəti saatda 100 kilometrə çatır, bəzi ərazilərdə isə 140 kilometr/saatadək güclənir. Proqnozlara əsasən, əsas zərbə adanın cənub hissəsində yerləşən Andruy vilayətinin Ampanixi-İtampulu rayonuna dəyəcək.

Səlahiyyətli şəxslər cənub-qərb bölgələrinin sakinlərinə küçəyə çıxmamağı qətiyyətlə tövsiyə edir, dəniz nəqliyyatına isə limanları tərk etməmək barədə göstəriş verilib.

Xatırladaq ki, daha əvvəl - 10-11 fevral tarixlərində "Gezani" siklonu Madaqaskar ərazisindən keçmişdi. Nəticədə 43 nəfər həyatını itirmiş, 260 min nəfər zərər görmüşdü. Respublikanın ikinci ən böyük liman şəhəri olan Toamasina, demək olar ki, ciddi dağıntılara məruz qalmışdı. Daha sonra atmosfer burulğanı Mozambik kanalını keçərək Mozambik sahilləri boyunca hərəkət etmiş və hazırda yenidən Madaqaskar istiqamətində qayıdır.

Son xəbərlər