Ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava müşahidə olunur - FAKTİKİ HAVA

Ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur.
Bu barədə BAKU.WS-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında, eyni zamanda Qusarda 24 (Şahdağ), Goranboyda 23, Naftalanda 22, Şirvan və Gəncədə 20, Kəlbəcərdə 19, Tərtərdə 18, Culfada 16, Şəmkir, Biləsuvar, Tovuz və Ağstafada 15 m/s-dək güclənir.
Kəlbəcər, Laçın, Quba, Xaltan, Şabran və Qusarda isə arabir yağış yağır.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 23, Aran rayonlarında 29, Naxçıvan MR-da 32, dağlıq rayonlarda 20 dərəcəyədək isti qeydə alınır.
Oxşar xəbərlər
Taleyi həmişə hər işdə ikinci şans verən 2 BÜRC
Bəzən həyat kiməsə ikinci şans verir - səhvini düzəltmək, yolu dəyişdirmək və ya hər şeyi yenidən sınamaq üçün... Astroloqlar bu mövzuda xüsusilə şanslı olan ik...
