Ölən şəxsin ruhu güzgüdə əks olunur?

Ölən şəxsin ruhu güzgüdə əks olunur?
Foto
Digər 99

İnsan dünyasını dəyişən zaman ailədə hər kəs üzüntüyə qərq olur. Hər kəs ağlayır. Lakin ağlamaqla yanaşı, ailə üzvləri dərhal evdə meyidin üzərini örtür.

Dini ayinlərə başlayır. Bununla yanağı evdə olan güzgü, televizor, şkafın şüşələrinin üzü ağ ilə bağlanır.

Bir çoxu bunu İslam dini ilə əlaqələndirir, bəzi şəxslər isə müəyyən mövhümatlarla əsaslandırır.

Ölən şəxsin ruhunun evdə olduğunu və onun şüşə, yaxud güzgüdə əks oluna biləcəyini iddia edənlər də tapılır.

Bəs bu adətin din ilə nə dərəcədə əlaqəsi var?

Mövzu ilə əlaqədar tanınmış ilahiyyatçı Fərid Abdullah ilə söhbətləşdik. Ekspert BAKU.WS-ə açıqlamasında bununla bağlı dində heç bir qayda olmadığını bildirdi. 

"Bu adətin dində heç bir əsası yoxdur. Tamamilə xalq arasında yayılmış bir ənənədir. Bəzi inanclara görə ruhun güzgüdə əks olunmaması üçün edilir. Amma İslamda belə bir göstəriş yoxdur", - deyə ilahiyyatçı əlavə edib. 

Evdə insan öləndə həmin ailə nə etməlidir?

Fərid Abdullah deyir ki, yaxını vəfat edən şəxs birinci növbədə İslam dinində vacib olanları yerinə yetirməlidir:

"Meyiti qüsl etdirib, kəfənləyib, namazını qılıb dəfn etmək. Bu bəs edir. Bunlar zəruri əməllərdir. Quran oxumaq, dua etmək, səbir göstərmək və haray-həşir etməmək tövsiyə edilir".

Ziya SƏCCAD

Son xəbərlər