Növbəti iki gündə hava ilə bağlı XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə avqustun 21-22-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.
Bu barədə BAKU.WS-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bakıda və Abşeron yarımadasında, Gəncə, Naftalan, Goranboy, Daşkəsən, Şəmkir, Tovuz, Ağstafa, Qazax, Gədəbəy, Xaçmaz, Şabran, Qusar, Xızı, Siyəzən, Qobustan, Neftçala, Cəlilabad, Mingəçevir, Yevlax, Tərtər, Bərdədə şimal-qərb küləyi əsəcək, küləyin sürəti isə 20.8-28.4 m/san-dək güclənəcək.
Naxçıvan MR, Quba, Ağdam, Cəbrayıl, Füzuli, Zəngilan, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Ağdərə, Xankəndi, Xocavənd, Hacıqabul, Saatlı, Sabirabad, Salyan, Ağcabədi, Zərdab, İmişli, Ucar, Ağdaş, Kürdəmir, Göyçay, Balakən, Oğuz, Beyləqan, Şəki, Qax, Zaqatala, Şirvan, Şamaxı, Samux, İsmayıllı, Qəbələ, Ağsu, Göygöl, Lənkəran, Astara, Masallı, Biləsuvar, Lerik, Yardımlıda fasilələrlə şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Oxşar xəbərlər
Alimlər xroniki ağrını neyronları söndürməklə aradan qaldırmağın yolunu tapdı
ABŞ-nin Pensilvaniya Universitetinin alimləri xroniki ağrıları - məsələn, baş ağrısını - neyronları bloklayaraq aradan qaldırmaq mümkün olduğunu aşkar ediblər....
