Niyə müəllimlik peşəsi əvvəlki nüfuzunu itirməyə başlayıb?

Niyə müəllimlik peşəsi əvvəlki nüfuzunu itirməyə başlayıb?
Foto
Digər 150

Bir vaxtlar "Müəllim - candan əziz" deyimi xalq arasında müqəddəs sayılırdı. Müəllim sinifdə təkcə bilik verən deyil, həm də cəmiyyətin mənəvi dayağı kimi qəbul olunurdu.

Bir zamanlar müəllim sinifə daxil olanda hamı ayağa qalxardı sinifə sükut çökərdi. Müəllimin sözü şagird üçün qanun idi,tələbləri yerinə yetirilirdi.

Nə baş verdi? Niyə müəllimlik peşəsi əvvəlki nüfuzunu itirməyə başlayıb?

Psixopedoqoq Aysel Məmmədova BAKU.WS-ə açıqlamasında bildirib ki, müəllimlərin dəyəri əvvəlki kimi hiss olunmur.

Niyə müəllimlik peşəsi əvvəlki nüfuzunu itirməyə başlayıb?

Onun sözlərinə görə, maddi uğur, sürətli qazanc və sosial statuslar ön plana keçdikcə mənəvi dəyər azalır:

"Əvvəllər müəllim savadın, tərbiyənin və gələcəyin əsas qurucusu sayılırdı. İndi isə maddi qazanc,status və sürətli uğur daha çox ön plana çıxır.

Buda müəllim peşəsinə nüfuzuna kölgə salır. Aşağı maaş, ağır iş yükü və pisxoloji təziq müəllimin cəmiyyətdəki mövqeyini zəyiflədir.

Dəyər verilməyən peşəyədə zamanla hörmət azalır. Halbuki müəllim olmaq sadəcə dərs demək, insan yetişdirməkdir. Müəllimi dəyərsizləşdirən cəmiyyət əslində öz sabahını dəyərsizləşdirir", - deyə Aysel Məmmədova bildirib.

Ziya SƏCCAD

Son xəbərlər