Niyə gecə 3-də tez-tez oyanırıq?
Mütəxəssislər insanların tez-tez gecə yarısı 3-də oyanmağının səbəbini açıqlayıblar.
BAKU.WS lenta.ru-ya istinadən xəbər verir ki, Rusiya Milli Sağlamlıq İnstitutunun (NIH) araşdırması göstərir ki, biz gecə yuxusunda bir neçə dövrə keçirik. Onların hər biri təxminən 80-100 dəqiqə davam edir. Bu zaman sürətli və yavaş yuxu fazaları bir-birini əvəz edir.
Gecənin ilk yarısı ən dərin yatdığımız zaman dövrüdür. Gecə yarısı üçdə daha yüngül bir mərhələ başlayır. Ona görə də bu vaxt oyanmaq bizim üçün çətin deyil. Həmçinin gecə saat 2-dən 4-ə kimi orqanizm stress hormonları istehsal etməyə başlayır. Bizi səhər oyanmağa hazırlayır. Əgər insan öz içində narahatdırsa, bu, onun daha tez oyanmasına səbəb ola bilər.
Hormonlar da qadınların yuxusuna çox təsir edə bilər. Məsələn, onların bir çoxu menstruasiya əvvəli və ya menstruasiya ilk günlərində hormonal dalğalanmalar səbəbindən daha tez-tez oyanırlar. Kişilər də yaşlandıqca hormon səviyyələrində dəyişikliklər yaşayırlar. Buna görə də gecələr də tez-tez oyanırlar.
Yuxu ətrafınızdan və həyat tərzinizdən də asılıdır. Məsələn, otağınıza işıq girsə, daha az yata bilərsiniz. Eyni şey səs-küyə də aiddir. Biz fərqinə varmadan yuxunu pozur.
Gündüz və ya axşam kofeinli içkilər içirsinizsə, gecənin yarısında da oyana bilərsiniz. Alkoqol da yuxuya pis təsir edir. Əgər çox yeyirsinizsə, bu da sizi səhər 3-də oyandıra bilər. Mütəxəssislər yatmazdan 3-4 saatdan gec olmayaraq nahar etməyi məsləhət görürlər.
Daim hərəkətdə olan insanlar var. Gecələr tez-tez oyananlar onlardır. Bunun səbəbi onların beyninin daim işləməsi və bədənlərinin düzgün istirahət edə bilməməsidir.
Oxşar xəbərlər
Kompüterinizin hakerlərin hədəfi olduğunu göstərən ƏLAMƏTLƏR
Zərərli proqramlar fişinq e-poçtları, reklamlar və ya şübhəli yükləmələr vasitəsilə sisteminizə sızaraq məlumat oğurluğuna və ya cihazın zədələnməsinə səbəb ola...