“Nə qədər ki, mən burdayam, o, milliyə dəvət edilməyəcək” - Prosineçki
05
okt
2017
23:21
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində evdə Çexiyaya uduzan (1:2) Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.BAKU.WS xəbər verir ki, xorvat mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bildirib:– Oyundan qabaq da demişdim ki, bizi çətin oyun gözləyir. Bu gün bunun bir daha şahidi olduq. Qol buraxdıqdan sonra özümüzə gəlib hesabı bərabərləşdirə bildik, Lakin təəssüf ki, rəqib 2-ci qolu vurdu. Ramil Şeydayevin yaxşı imkan olsa da, dəyərləndirə bilmədi. Bu oyunda uduzmaya bilərdik. Komandamın oyunundan razı qaldım.– Almaniya ilə matçdan sonra Bakıya qayıdacaqsız, ya bu sizin Azərbaycanda son mətbuat konfransınızdı?– Bəli, Almaniya ilə qarşılaşmadan sonra Bakıya qayıdacam. Çünki mənim AFFA ilə müqaviləm var. Buna görə, qayıdıb, danışıqlar aparacağıq. Bundan sonra millidəki gələcək taleyimə aydınlıq gələcək.– Millidə qalsaz, hansı dəyişiklikləri edəcəksiz?– Futbolda səhvlər olur, bu gün də səhvlərə yol verdik. Əsasən, standart vəziyyətlərdə çox səhv edirik. Mən qalsam da, qalmasam da, bəzi dəyişikliklər olmalıdı. Rəşad karyerasını bitirib. Onun mövqeyinə oyunçu cəlb edilməlidi. Bundan başqa, gənc oyunçulara ehtiyac var. Yəqin razılaşarsız ki, mən gəldikdən sonra millinin oyununda irəliləyiş var. Daha baxımlı oyun sərgiləyirik. Bu gün də gənc oyunçulardan Mahir Mədətova şans verdim. Bəlkə də, əsas heyətdə ona şans vermədiyim üçün incimişdi. Bu gün özünü yaxşı tərəfdən göstərə bilmədi.– “Bursaspor”un əsas üzvlərindən biri Dəniz Yılmaza niyə dəvət göndərmirsiz?– Bu suala indiyə kimi cavab verməmişdim. Ancaq indi cavablandıracam. Martda Almaniya ilə oyunda Dəniz əsas heyətdə çıxmalıydı, lakin çıxmaq istəmədi. O oyunçu ki millidə oynamaq istəmir, onun millidə yeri yoxdu. Nə qədər ki, mən burdayam, o, milliyə dəvət edilməyəcək.– Bəs imtina etməsinin səbəbi nə idi?– Çünki onu istəmədiyi mövqedə oynadacaqdım. Siz bir jurnalist kimi cavab verin, futbolçunun ona təklif olunan mövqedə oynamağa etiraz etmək haqqı var? O, “Bursaspor”da da ikinci heyətə göndərilmişdi, indi də nadir hallarda şans qazanır.– Bura gələn məşqçilər niyə problemin əsasən nədə olduğunu demirlər?– Problem barədə həmişə danışmışam. Serbiyada, Xorvatiyada istedadlı futbolçular çoxdu. Bu ölkənin futbolçuları güclü ölkələrin çempionatında çıxış edirlər. Ancaq burda tam fərqlidi. Ölkə çempionatında çıxış edn Bədavi Hüseynov və Rəşad Sadıqov ölkə çempionatında kofe içə-içə oynaya bilərlər. Problem bizdə böyük çempionatlarda oynayacaq futbolçuların olmamasıdı.– Bəs belə olduğu halda Almaniya ilə matçda nəyə ümid edirsiz? – Onlarla oynamaq çətindi. Bu, təkcə bizim problem deyil. Onlara qarşı sürprzi etmək çətindi. Bədavi Hüseynov zədəlidi. Həmin oyunda şans qazanıb-qazanmayacağı bəlli deyil. Cəmi 3 gün vaxtımız var. Yaxşı mübarizə aparmağa çalışacağıq.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan millisinin heyəti açıqlandı
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sabah Çexiya ilə qarşılaşacaq milli komandamızın heyəti açıqlanıb.Bunu oyundan əvvəl baş tutan mətbuat konfransında yığm...