Mütəmadi Omega-3 vitamini qəbul etmək qocalmanı ləngidir
Alimlər mütəmadi olaraq Omega-3 vitamini qəbul etməyin bioloji qocalmanı ləngitdiyini müəyyən ediblər.
BAKU.WS xəbər verir ki, Harvard Universiteti və Sürix Universitetindən tədqiqatçıların da iştirak etdiyi beynəlxalq elmi qrupun 3 il ərzində apardığı araşdırmada, hüceyrə və orqanlarda yaşla əlaqəli geriləmələr araşdırılıb və 777 yaşlı isveçrəli üzərində aparılan klinik sınaqların nəticələri qiymətləndirilib.
Tədqiqat zamanı gündə bir qram Omega-3 vitamini qəbul edən şəxslərin bioloji yaşlanmasının, bu vitamini qəbul etməyənlərlə müqayisədə 4 aya qədər azaldığı aşkar edilib. Alimlər, eyni zamanda D vitamini qəbul edən və həftədə ən azı 3 dəfə 30 dəqiqə idmanla məşğul olan şəxslərdə daha böyük faydaların müşahidə edildiyini bildiriblər.
Tədqiqatçılar həmçinin qeyd ediblər ki, Omega-3 ilə zəngin qidalanma tərzləri orqanizmdə iltihablanmanın azalması, oynaqların sağlamlığı, daha aşağı ürək xəstəlikləri, xərçəng və demensiya riski ilə əlaqəlidir.
Oxşar xəbərlər
"Baku TV" Həsənriz kəndində Salahovlar ailəsinin qonağı oldu
Baku TV doğma torpaqlarına - Ağdərə rayonunun Həsənriz kəndinə qayıdan Salahovlar ailəsinin qonağı olub. Ailəsi ilə birlikdə ötən ilin aprel ayından burada məsk...