Müəllimlərin maaşı artırılacaq?
Yeniliklərdən dərhal xəbərdar olun
"Sertifikatlaşdırma prosesinin nəticələrinə uyğun olaraq, müəllimlərin əməkhaqları artırılacaq".
BAKU.WS xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli "Təhsil TV"yə deyib.
O vurğulayıb ki, prosesi uğurla tamamlayan və ya tamamlamayan kateqoriyalar var: "Qiymətləndirmənin məqsədi prosesə cəlb olunmuş şəxsləri bir-birindən fərqləndirməkdir".
N.İsmayılbəyli qeyd edib ki, artıq sertifikatlaşma prosesini uğurla tamamlayanların sayı 55 mini keçib. Onların 17 mindən çoxu əməkhaqqını 35 faiz əlavə ilə, 38 mini isə 10 faiz əlavə ilə alır:
"Cari ildə, Naxçıvan da daxil olmaqla, ölkənin 19 şəhərində bu imtahanı təşkil edəcəyik. Proses elektron formatda olur. Bitən kimi müəllimlər nəticələri, doğru və yanlış cavabları görə bilərlər. İmtahandan sonrakı apellyasiya mərhələsi də elektron formatda olur və qısa zamanda həyata keçirilir".
Oxşar xəbərlər
Azərbaycan 2027-ci ildə BMT-nin Qlobal Forumuna ev sahibliyi edəcək
Azərbaycan 2027-ci ildə BMT-nin Sivilizasiyalar Alyansının (UNAOC) növbəti Qlobal Forumuna ev sahibliyi edəcək. BAKU.WS xəbər verir ki, bu barədə Dini Qurumlarl...