Moskvadakı partlayışda ERMƏNİ İZİ
Fevralın 3-də Moskvada "Alıye parusa" yaşayış kompleksində baş vermiş partlayışla bağlı bəzi detallar üzə çıxıb.
Oxu.Az xəbər verir ki, yaşayış kompleksində həlak olmuş ikinci kişi kamikadze olub.
Bu barədə "112" "Telegram" kanalı öz mənbəsinə istinadən məlumat verib.
Qondarma "Dontesk Xalq Respublikası"nın boks federasiyasının erməniəsilli rəhbəri Armen Sarqsyanın ölümü ilə nəticələnən partlayışa səbəb qatilin bədənində yerləşdirdiyi MON-50 minası olub. A.Sarqsyan liftdən çıxan kimi qatil minanı işə salıb.
"Minanı partladanın daha əvvəl mühakimə olunmuş Ermənistan vətəndaşı olduğu güman edilir. İndi iki əsas versiya nəzərdən keçirilir - Ukrayna izi, "Arbat" erməni batalyonunun qurucusu kimi Sarqsyanın fəaliyyəti və tütün məhsulları bazarının yenidən bölüşdürülməsi. Sarqsyan xaricdən ölkəyə ən böyük tütün tədarükçülərindən biri olub", - məlumatda deyilir.
Oxşar xəbərlər
Xaricdə təhsil arzusu kabusa çevrildi: Ödənilən pullar geri qaytarılmır - İDDİA
Təhsil mərkəzinə təxminən 1 800 manat ödəniş edilib, lakin vəsait tam şəkildə geri qaytarılmayıb. BAKU.WS xəbər verir ki, bu iddia ilə Zəminə Həsənova "Xəzər Xə...