Moskva sakini yüngül əxlaqlı qadından qaçmaq üçün özünü 8-ci mərtəbədən atıb
Yeniliklərdən dərhal xəbərdar olun
Moskvadakı "Ostafyevo" yaşayış kompleksində səkkizinci mərtəbədən yıxılan bir kişi mənzildə bir seks işçisinin onu "əsir" aldığını iddia edib.
BAKU.WS xəbər verir ki, bu barədə Mash "Telegram" kanalı məlumat yayıb.
Pəncərədən alt paltarı ilə yıxılan şəxs sağ qalıb, çünki o, yeddinci mərtəbədəki kondisioner blokunun üstünə düşüb. Xilasetmə qrupu onu oradan endirib, lakin kişinin qeyri-adekvat vəziyyətdə olduğu bildirilib.
İlkin məlumatlara görə, kişi qadınla birlikdə narkotik maddə qəbul etdikdən sonra mənzildən qaçmaq qərarına gəlib. Onun iddiasına görə, seks işçisi onu mənzildən çıxarmaqdan imtina edib.
Oxşar xəbərlər
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Azərbaycanın beynəlxalq sanksiya siyahısına yeni dəyişikliklər edilib. BAKU.WS bu barədə Maliyyə Monitorinqi Xidmətinə istinadən xəbər verir. Məlumata görə, dəy...