Mistika, yoxsa seriyalı qatil? - Ailə üzvlərinin ölümündəki MÜƏMMALI TARİX

Ağstafanın Qırılı kəndində 6 nəfərlik ailənin 5 üzvü bir il ərzində ayrı-ayrı ayların 8-i tarixində dünyasını dəyişib.
2 yaşlı qız 2024-cü ilin avqustun 8-də, 10 aylıq qız isə 2025-ci ilin iyunun 8-də ölüb. Onların xəstəlikdən öldüyü bildirilir.
Həmçinin ailədə baba və nənə də 2024-cü ilin sentyabrın 8-də faciəvi şəkildə dünyasını dəyişiblər.
Sonuncu hadisə isə iyulun 8-də baş verib. 22 yaşlı Şəfayət İsmayılova pəncərəni silərkən yıxılaraq ölüb. Hazırda ailədən yalnız mərhum Şəfayət İsmayılovanın həyat yoldaşı Sahil İsmayılov sağ qalıb.
Kənd sakinləri baş verənləri böyük faciə adlandırır və hadisələrin eyni tarixdə - ayın 8-də təkrarlanmasını müəmmalı sayırlar.
"Ayın 8-i gələndə bunlar sanki ölüm qorxusu ilə yaşayırdılar. Bədənlərinə əsmə düşürdü. Bu ailənin ard-arda ölümləri hamını şoka salıb. Səbəbinin nə olduğu isə bilinmir", - kənd sakinlərindən biri bildirib.
Digər bir sakin isə belə deyib: "Ağsaqqalam, 80 ildə belə bir şey görməmişəm. Bu evdə biri ölür, digəri onun qırx mərasiminə belə sağ qalmır".
Oxşar xəbərlər
Bu şəxslərə mineral su içmək olmaz
Piroqov Universitetinin farmakologiya kafedrasının assistenti, tibb kimyası və toksikologiyası şöbəsinin kiçik elmi əməkdaşı Denis Borozdenko mineral suların tə...