Milli Qəhrəmanın anası: "Elə bil, Pəncəli Teymurov Leyla xanım və Arzu xanımın doğma qardaşıdır"

Milli Qəhrəmanın anası: Elə bil, Pəncəli Teymurov Leyla xanım və Arzu xanımın doğma qardaşıdır
Video
Digər 27

"Həmişə özümə arzu eləmişəm ki, vətənim üçün şəhid olum. Dəfn olunmağa Azərbaycan Respublikasının üç rəngli, ay-ulduzlu bayrağı ilə bükülən tabutum getsin".

Bu, Milli Qəhrəman Pəncəli Teymurovun toyunda səsləndirdiyi arzusu idi. Obrazlı ifadə etsək, bu arzu onun taleyi ilə imzaladığı gizli müqavilə idi.

Və o müqavilə 2016-cı ilin aprelində təntənə ilə, qürurla vətənin bağrında möhürləndi. Pəncəli Teymurov şəhid oldu. Şəhadətə ucaldıqdan sonra Prezident İlham Əliyev Pəncəli Teymurova milli qəhrəman adının verilməsi ilə bağlı sərəncam imzaladı.

Pəncəli Teymurov şəhid olduqdan sonra dövlətin daim diqqətində olduqlarını deyən anası Vahimə Ağayeva qeyd edir ki, oğluna Milli Qəhrəman adının verilməsinin ardınca Prezident İlham Əliyevin qızları Leyla Əliyeva və Arzu Əliyeva, həmçinin Prezidentin köməkçisi Anar Ələkbərov onların evinə qonaq gəlib ailəsini ziyarət edib.

Milli Qəhrəmanın anası Vahimə Ağayeva görüşdən sonra təəssüratlarını "Real TV" ilə bölüşüb:

"Burada böyüyüblər, elə bil, Pəncəli onların doğma qardaşıdır. Pəncəlinin muzeyini ziyarət etdilər, şəkillərə baxdılar, Pəncəlinin həyatı ilə maraqlandılar".

Milli Qəhrəmanın qardaşı Elbrus Teymurov da görüşlə bağlı öz təəssüratlarını paylaşıb:

"Həyətdə çay süfrəsi arxasında sevincimizi bölüşdük. Həqiqi mənada belə bir vaxtda, çətin bir dağ kəndində bizlə bir yerdə sevinclərini bölüşdüklərinə görə mən onlara öz dərin təşəkkürümü bildirirəm".

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Son xəbərlər