Microsoft süni intellektin tənqidi düşüncəyə mənfi təsirini təsdiqlədi

ABŞ-nin Microsoft və Karnegi-Mellon Universitetinin süni intellekt üzrə tədqiqatçıları yeni araşdırma nəticələrini açıqlayıb.
BAKU.WS xəbər verir ki, mütəxəssislər süni intellektdən (Sİ) istifadə edən insanların tənqidi düşüncə qabiliyyətinin zəiflədiyini müəyyən ediblər. 319 intellektual işlə məşğul olan könüllünün iştirak etdiyi tədqiqat zamanı onların Sİ ilə və onsuz yerinə yetirdikləri tapşırıqların nəticələri müqayisə edilib.
Məlum olub ki, insanlar Sİ-yə nə qədər çox güvənsələr, öz işlərinin nəticələrini daha az analiz edir və öz imkanlarını daha az dəyərləndirirlər. Tənqidi yanaşma getdikcə azalır və nəticələrin adekvat qiymətləndirilməsi çətinləşir.
Bununla belə, tədqiqatçılar qeyd edirlər ki, sadə və rutin tapşırıqlarda insanlar Sİ-yə daha çox güvənir. Lakin mürəkkəb və məsuliyyətli məsələlərdə onlar Sİ-nin nəticələrini yoxlamağa və yenidən qiymətləndirməyə üstünlük verirlər

Oxşar xəbərlər
Həftə sonu bu bürclər hədiyyə qazanacaqlar
Bu həftə sonu bəzi bürclər üçün həqiqətən xüsusi ola bilər. BAKU.WS xəbər verir ki, astroloqlar xəbərdarlıq edir ki, Kainat sizin əhvalınızı, bəziləri üçün isə...