Meteohəssas insanlara XƏBƏRDARLIQ

Meteohəssas insanlara XƏBƏRDARLIQ
Digər 126

Azərbaycanda sentyabrın 11-dək geomaqnit qasırğası gözlənilir.

Bu barədə Milli.Az-a Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib.

Bildirilib ki, günəşdə bir neçə oblastda baş verən M sinif və digər alışmalar səbəbindən günəş aktivliyinin səviyyəsi artıb:

"Kosmik aparatlar Yerə yönələn tac kütlə atılmaları müşahidə edib. 10-11 sentyabr tarixlərində günəş aktivliyi M (R1-R2 - mülayim orta) və müəyyən ehtimalla X (R3 - güclü) səviyyədə olacaq".

Qeyd olunub ki, hazırda geomaqnit qasırğası orta səviyyədədir:

"Sentyabrın 10-u saat 17:00-dan başlayaraq geomaqnit qasırğa G1 (mülayim) səviyyəsinə yüksələcək, sentyabrın 10-u gecə və 11-i səhər saat 06:00-da G2 (orta) səviyyədə olacaq. Sentyabrın 11-i saat 13:00-dan başlayaraq geomaqnit sahə normal fon səviyyəsinə düşəcək. Geomaqnit qasırğa daha çox yüksək coğrafi enliklərdə müşahidə olunacaq. Orta coğrafi enliklərdə isə mülayim olaraq hiss ediləcək".

Oxşar xəbərlər

Qaynar çay içənlərə XƏBƏRDARLIQ

Qaynar çay içənlərə XƏBƏRDARLIQ

Onkoloqların araşdırmalarına görə, isti çay içmək dil xərçənginin inkişafına səbəb ola bilər. BAKU.WS lent.az-a istinadən xəbər verir ki, mütəxəssislərin fikri...

206 Digər 23:59 16 sentyabr 2024

Son xəbərlər