Məşhur britaniyalı yazıçı vəfat edib
12
dek
2025
20:03
Məşhur britaniyalı yazıçı Coanna Trollop 82 yaşında vəfat edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə BBC onun ailəsinə istinadən bildirib.
Yazıçı dekabrın 11-də Oksfordşirdəki evində həyatını itirib. Onun ölüm səbəbi açıqlanmayıb.
C.Trollop müasir və Viktoriya dövrü İngiltərəsində romantik və ailədaxili münasibətlərə həsr olunmuş romanların müəllifidir.
Onun ən məşhur əsərləri arasında "Keşiş Hardinqin qızı", "Rektorun arvadı", "Gəlinlər" kimi romanlar var. Yazıçının kitabları 25-dən çox dilə tərcümə edilib və bir neçəsi televiziya üçün ekranlaşdırılıb.
Oxşar xəbərlər
İlk qəhvəni hansı saatda içmək lazımdır? - Həkim açıqladı
Həkim Rob Qallouey özünü daha yaxşı hiss etmək üçün qəhvəni və səhər yeməyini hansı vaxtda qəbul etməyin daha məqsədəuyğun olduğunu izah edib. BAKU.WS xəbər ve...