Mehmet Ali Erbilin ev həbsi ləğv edildi
Yeniliklərdən dərhal xəbərdar olun
İstanbulda qanunsuz mərc oyunlarına təşviq ittihamı ilə bağlı Mehmet Ali Erbil barəsində tətbiq olunan "ev həbsi" qərarı ləğv edilib.
BAKU.WS hürriyyet.com.tr-yə istinadən xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğu qanunsuz mərc oyunları reklamında iştirak edərək insanları bu fəaliyyətə təşviq etdiyi iddiası ilə şoumen Mehmet Ali Erbil və müğənni Serdar Ortaç da daxil olmaqla bir neçə şübhəli barədə araşdırma başladıb. 11 noyabr 2024-cü ildə Erbil və Ortaç həbs olunmuş, daha sonra onlar üçün "ev həbsi" şəklində məhkəmə nəzarəti tədbiri tətbiq edilmişdi.
Etiraz əsasında İstanbul 16-cı Ağır Cinayətlər Məhkəməsi Serdar Ortaçın ev həbsi qərarını ləğv etmişdi. Eyni qaydada Erbilin də "ev həbsi" qərarı ləğv edilib. Məhkəmə Mehmet Ali Erbilə hər həftənin bazar ertəsi günü imza atma şərti ilə məhkəmə nəzarəti tətbiq edilməsinə qərar verib.
Oxşar xəbərlər
Alkoqolun zərərini azaltmağın yolu açıqlanıb
Alkoqol qəbulunu tamamilə dayandırmağa hazır olmayan insanlar üçün belə, içilən miqdarın azaldılması sağlamlığa müsbət təsir göstərə bilər. BAKU.WS xəbər verir...