Mədə yanmasını aradan qaldırır! Bunu edin
Yeniliklərdən dərhal xəbərdar olun
Mədə yanması adətən turşu reflüsü səbəbindən yaranır. Bu zaman mədə turşusunun yemək borusuna geri qayıtması narahatlıq yarada bilər.
BAKU.WS haber global-a istinadən xəbər verir ki, aparılan bir araşdırmaya görə, ləbləbi mədə yanması problemini yüngülləşdirməkdə təsirli ola bilər.
Ləbləbi mədə turşusunu əmmə xüsusiyyətinə malik olduğundan mədə yanmasını azaltmağa kömək edir. Bundan əlavə, həzm prosesini dəstəkləyərək mədə narahatlıqlarını yüngülləşdirə bilər. Lakin mədə yanması şikayətiniz tez-tez təkrarlanırsa, mütləq bir mütəxəssisə müraciət edin.
Mədə yanmasını aradan qaldıran qidalar:
-Banan
-Yoqurt
-Yulaf
-Zəncəfil
-Xiyar
-Badam
-Papatya çayı
-Razyana çayı
-Alma
-Bal
-Bişmiş kartof
-İspanaq
-Balqabaq
-Kakos suyu
Əgər tez-tez mədə yanmasından əziyyət çəkirsinizsə, ədviyyatlı, yağlı və turş qidaları qəbul etməkdən çəkinərək qidalanma rejiminizi nəzərdən keçirə və həkimə müraciət edə bilərsiniz. Həmçinin yeməkdən dərhal sonra uzanmamaq da faydalıdır.
Oxşar xəbərlər
Bu gün Bakı metropoliteni işçilərinin peşə bayramıdır
Bu gün – noyabrın 6-da Bakı metropoliteni işçilərinin peşə bayramı qeyd olunur. Metro əməkdaşları hər gün minlərlə insanın mənzil başına təhlükəsiz və rahat çat...