Manal Əsədə sərt ETİRAZ - Hesabını bağladı

Bəşər Əsədin kiçik qardaşı Mahir Əsədin həyat yoldaşı Manal Əsəd sosial media hesabında yeni Suriya bayrağını "Ailə və vətənini satanlara baxmayaraq, yaşasın azad və qürurlu Suriya" şərhi ilə paylaşıb.
BAKU.WS cnn türk-ə istinadən xəbər verir ki, Manal Əsəd BMT və Aİ tərəfindən sanksiya siyahısında yer alır.

O, 1970-ci ildə Dəməşqdə anadan olub və keçmişdə müxalifət kimliyinə sahib olan atası Tevfik Cadaan ilə Suriya hökumətinin üzvü olub. Lakin, müəyyən məsələlərdə Əsədə qarşı çıxdığı üçün yollarını ayırıb və ölkəni tərk edib.
Manalın paylaşımı Əsədin qardaşı Mahir Əsədin ölkəni tərk etməsinə və onunla bağlı mübahisələrə toxunub. Paylaşımına gələn reaksiyalarda "Ağlın harada idi?", "Sən də cinayətlərə ortaqsan" kimi rəylər yazılıb.
Bunun nəticəsində, Manal Əsəd hesabını qısa müddət sonra bağlayıb.
Oxşar xəbərlər
Hər kəsin sevdiyi bu dadlı çay ağrıları kəsir, şəkəri tənzimləyir
Aromatik qoxusu və kəskin dadı ilə tanınan mixək sağlamlıq baxımından da bir çox faydalar təqdim edir. Mixəyin tərkibində güclü antioksidantlar, vitaminlər və m...
