Magistraturaya sənəd qəbulu başa çatır
Magistraturaya qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu bu gün saat 23:59-dək davam edəcək.
BAKU.WS xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
Bildirilib ki, 26 yanvar saat 09:00-a olan məlumata əsasən, 20 346 bakalavr ərizəsini təsdiq edib (Azərbaycan bölməsi - 18 542; rus bölməsi - 1 804).
Sənəd qəbulunda iştirak etmək istəyənlər (şəxsi kabineti olmayanlar) ekabinet.dim.gov.az səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği "Şəxsi kabinet"lərindəki hesablarına əlavə edirlər. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış ola bilərsiniz.
Daha sonra bakalavr "Şəxsi kabinet"inin istifadəçi adı və parolundan istifadə etməklə "Bakalavrın elektron ərizəsi" formasını doldurur və təsdiq edir. İmtahanda yalnız elektron ərizəsini təsdiq etmiş bakalavrlar iştirak edə bilərlər.
İmtahan 2026-cı il fevralın 15-də keçiriləcək. İştirakçılar "İmtahana buraxılış vərəqəsi"ni imtahana dörd-beş gün qalmış çap edə biləcəklər.
Oxşar xəbərlər
Xərçəng xəstələri dövlət hesabına müalicə olunacaqlar?
"Azərbaycanın sosial dövlət kimi əsas strateji məqsədi xəstəliklərin böyük qisminin müalicəsini icbari tibbi sığorta (İTS) hesabına həyata keçirməkdir". Bu fiki...