Litva Hərbi Akademiyasının nümayəndə heyəti Azərbaycanda səfərdədir
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Müdafiə Nazirliyi ilə Litva Respublikası Milli Müdafiə Nazirliyi arasında imzalanmış 2026-cı il üçün ikitərəfli hərbi əməkdaşlıq Planı"na əsasən, Litva Hərbi Akademiyasının nümayəndə heyəti ölkəmizdə səfərdədir.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.
Səfər çərçivəsində Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Hərbi İdarəetmə İnstitutunda keçirilən görüşdə təhsil prosesində beynəlxalq əməkdaşlığın və təcrübə mübadiləsinin vacibliyi vurğulanıb, həmçinin, qarşılıqlı maraq doğuran məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.
Daha sonra qonaqlara təhsil ocağının tarixi, fəaliyyət istiqaməti, tədris prosesində tətbiq edilən yeniliklər və digər məsələlər haqqında brifinq təqdim edilib, onları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, mayın 15-dək ölkəmizdə səfərdə olacaq litvalı nümayəndə heyətinin Quru Qoşunlarının hərbi hissəsinə ziyarəti, Laçın, Xankəndi və Şuşa şəhərlərinə, eləcə də, paytaxta mədəni gəzinti proqramı planlaşdırılır.
Oxşar xəbərlər
Alkoqolun zərərini azaltmağın yolu açıqlanıb
Alkoqol qəbulunu tamamilə dayandırmağa hazır olmayan insanlar üçün belə, içilən miqdarın azaldılması sağlamlığa müsbət təsir göstərə bilər. BAKU.WS xəbər verir...