İlham Əliyev səfirlərin etimadnaməsini qəbul etdi - FOTOLAR
23
iyl
2019
12:07
Prezident İlham Əliyev bir neçə ölkənin Azərbaycana yeni təyin olunan səfirlərinin etimadnaməsini qəbul edib.BAKU.WS Azərtac-a istinadən xəbər verir ki, etimadnaməsi qəbul edilən səfirlər aşağıdakılardır:- Almaniya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Volfqanq Maniq,- Çin Xalq Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Qo Min,- İsveçrə Konfederasiyasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Muriel Peneveyre,- Malayziyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Yubazlan Bin Yusof,- Kolumbiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Luis Antonio Dimate Kardenas.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanın Yaponiyadakı səfiri geri çağırılıb
Prezident İlham Əliyev Gürsel İsmayılzadənin Azərbaycan Respublikasının Yaponiyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərən...