Tamerlan Qarayev Azərbaycanın Litvada səfiri təyin edilib
13
dek
2018
19:11
Tamerlan Elmar oğlu Qarayev Azərbaycan Respublikasının Litva Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.BAKU.WS-in məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə T.Qarayev Azərbaycan Respublikasının İndoneziya Respublikasında, eyni zamanda Filippin Respublikasında, Timor-Leste Demokratik Respublikasında, Sinqapur Respublikasında fövqəladə və səlahiyyətli səfiri və Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanın İsveç, Norveç və Finlandiyadakı səfiri geri çağırıldı
Prezident İlham Əliyev Azərbaycanın İsveç, eyni zamanda Norveç və Finlandiyadakı səfirini vəzifəsindən geri çağırıb.BAKU.WS-in məlumatına görə, Prezident bununl...