Leyla Əliyeva Vətən müharibəsi qazisi Rəvan Əzizovla görüşüb
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vətən müharibəsi qazisi Rəvan Əzizovla görüşüb və bununla bağlı paylaşım edib.
BAKU.WS paylaşımı təqdim edir:
Xatırladaq ki, Rəvan Qabil oğlu Əzizov 2002-ci iyunun 16-da Sumqayıt şəhərində doğulub. 2020-ci il iyul ayının 9-da Sumqayıt şəhər hərbi komisarlığından həqiqi xidmətə yola salınıb. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan müharibənin ilk günündən döyüşlərə qatılaraq qəhrəmancasına vuruşub. Oktyabrın 6-da Murovdağ istiqamətində gedən döyüşlərdə yaralanıb. Prezident İlham Əliyev döyüş tapşırıqlarını layiqincə yerinə yetirdiyinə və cəbhədə göstərdiyi şücaətə görə Əzizov Rəvan Qabil oğlunu "Vətən uğrunda", "Cəsur döyüşcü" medalları ilə təltif edib.
Oxşar xəbərlər
İqtisadiyyat Nazirliyində Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib
İqtisadiyyat Nazirliyində Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. BAKU.WS xəbər verir ki, tədbirdə Nazirliyin strukturuna daxi...