Kosmosda qapalı qalan iki astronavt 2025-ci ildə Yerə qayıdacaq
NASA Beynəlxalq Kosmik Stansiyada (BKS) qalan iki ABŞ astronavtının geri dönüşünün ən tez 2025-ci ilin mart ayında mümkün olacağını açıqlayıb.
BAKU.WS trt haber-ə istinadən xəbər verir ki, bu gecikmə astronavtların əvvəlcədən planlaşdırılmış tarixdə Yerə qayıda bilməyəcəyini göstərir.
İyun ayında Boeing-in Starliner kosmik gəmisi ilə BKS-ə çatan təcrübəli astronavtlar Baç Vilmor və Suni Villiams, stansiyada cəmi 8 gün qalmağı planlaşdırırdılar. Lakin Starliner-in hərəkət sistemindəki problemlər səbəbindən NASA astronavtların geri dönüş planlarını tamamilə dəyişməyə məcbur oldu.
NASA Crew-10 missiyasının başlanmasının ən tez 2025-ci ilin martına təxirə salındığını açıqlayıb. Bu dəyişikliklə onlar təxminən 9 ay kosmosda qalacaqlar.
Oxşar xəbərlər
I sinfə elektron qeydiyyatla bağlı valideynlərə MÜRACİƏT
2026-2027-ci tədris ili üzrə I sinfə elektron qeydiyyat prosesi ilə bağlı məktəblərin mikroərazi üzrə ünvanları vətəndaşlara açıqlanıb. BAKU.WS xəbər verir ki,...